Əməkdar artist 3-cü dəfə evləndi: Bəy özündən 19 il kiçikdir - FOTO
Rusiyanın Əməkdar artisti, müğənni Tatyana Bulanova özündən 19 yaş kiçik iş adamı Valeri Rudnevlə ailə qurub.
Rusiya mənbələri xəbər verir ki, tərəflər ortaq dostların vasitəsilə tanış olub. Bildirilir ki, bu, müğənninin 3-ü evliliyidir. Sənətçibundan əvvəl 1992-ci ildə musiqiçi Nikolay Taqrinlə ailə həyatı qurub. 2005-ci ildə sənətçi boşandıqdan sonra elə həmin il Vladislav Radimovla evlənib. Cütlük 11 il sonra boşanıb.
54 yaşlı Bulanova özündən 19 yaş kiçik bəylə ailə qurmasına və toyda seçdiyi gəlinliyin rəngi ilə bağlı tənqidlərə əhəmiyyət vermədiyini ifadə edib. / Metbuat.az
- Şou biznes
- 08 İyun 2023