Milli Məclisin deputatı Elman Nəsirovla bağlı ciddi iddialar yayılıb. Laləzar Əliyeva (Nəsirova) adlı qadın sosial şəbəkədə çıxış edərək atasının Elman Nəsirov olduğunu bildirib. Onun sözlərinə görə, deputat illərdir qızından imtina edir, ona köməklik göstərmir. Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.
Kanal.az xəbər verir ki, Elman Nəsirovun ilk evliliyindən dünyaya gəldiyini bildirən Laləzar Əliyeva isə anası ilə deputatın toyundan çəkilən fotoları "Teleqraf"a təqdim edib.
Laləzar Əliyeva onu da bildirib ki, atalığın dəqiqləşdirilməsi üçün analiz verməyə də hazırdır:
"Sizə təqdim etdiyim fotolarda atamla anamın toy şəkilləridir. Atamın nənəsini Rüqsarə xanımın da qucağında şəklim var. Dünən yoldaşım gəldi ki, videoları sil, atan səni həbs etdirmək istəyir. Necə onun qızı deyiləm ki, məni tutdurmaq istəyir. Mən analiz verməyə də hazıram".




