Elman Nəsirovdan qızının yayılan görüntülərinə reaksiya: Atası onları günahlandırdı - VİDEO

  • Gündəm
  • 25 Oktyabr 2025
68fcac0d3454b202510255301

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.

Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.

Kanal.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb.

O,bu mövzuda şərhinin olmadığını deyib:

“Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”

Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır. (globalinfo.az)

Oxşar xəbərlər