Əliyev-Putin-Paşinyan görüşünün vaxtı bəlli oldu - Təcili
Gündəm
23.11.2021 17:43
297

Əliyev-Putin-Paşinyan görüşünün vaxtı bəlli oldu - Təcili

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcək.

Kanal.az xəbər verir ki, bu barədə Kremlin rəsmi məlumatında deyilir.

“Görüş zamanı üç ölkə liderlərinin 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də əldə etdikləri razılaşmaların yerinə yetirilməsinə baxılması, həmçinin regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetiriləcək”, - məlumatda deyilir.

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda da görüşlər keçirəcək.


Paylaş:
Loading...
Loading...