636e2ebbb4892202211221507

Əliyev Avropanı böhrandan xilas edir, Ərdoğan isə... - Baş nazir dünyaya mesaj verdi

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında uğurlu vasitəçilik edə bilən tək liderdir”.

Kanal.az xəbər verir ki, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə toplantısında iştirak edən Macarıstanın Baş naziri Viktor Orban sosial media hesabında belə açıqlama verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də Avropanın enerji probleminin həll edilməsinə dəstək verir. Viktor Orban gördüyü işlərə görə həm İlham Əliyevə, həm də Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, Macarıstan Türk Dövlətləri Təşkilatının zirvəsində müşahidəçi kimi iştirak edir.