641763d08fbc6202303233440

El mənim ərsizlik dərdimi çəkir - Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan keçmiş həyat yoldaşı ilə bağlı danışıb.

Kanal.az Olay.az-a istinadən yazır ki, bu barədə o, Baku TV-nin “13 sual” layihəsində açıqlama verib. Elza deyib ki, övladlarının atası çox qısqanc olub:

“Elə vaxt olur ki, həyat yoldaşı adama maneə yaradır. Elə yoldaş da var ki, dəstək göstərir, deyir, ər qoruyanı el qoruyar. Məsələn, mənim həyat yoldaşım uşaqları bağçaya qoymağa da icazə vermirdi. Deyirdi, evdə otursunlar.

Çox tərs idi. Allah özü bilir, nəyi, necə, nə vaxt edir. Mən indi də onunla danışıram. İstəyəndə zəng edir, danışırıq. Biz boşandıqdan 12 il sonra o, dayısı qızı ilə evləndi. Mən hələ gəncəm, bəstəkarlıqla məşğulam. Ərsizlik dərdimi məndən çox el çəkir”.