"Ehtiras sönəndən sonra hər şey adiləşir" - Psixoloqdan qalmaqallı açıqlama

  • Gündəm
  • 13 Avqust 2025
689c35e6a9648202508255118

“Son dönəmlər bəzi standartlar dəyişib. O cümlədən də gözəlliyin...

Süni şəkildə şişirdilər iri dodaqlar, iri ombalar, “fındıq” burunlar çoxları üçün gözəllik ifadəsidir. Çox təəssüf dəyişən təkcə standartlar deyil, həm də yanaşmalardır. Məsələn bəzi qadınlar azadlıqla özbaşnalığı qarışdırıblar. Halbuki azadlıqla özbaşnalıq bir-birlərinə tərs-mütənasibdir”.
Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.

O bildirib ki, Konstitusiyamızda qadınlara kifayət qədər hüquqlar tanınıb:

“Bütün qadınların oxumaq, işləmək və istirahət hüququ var. Digər hüquqları da demirəm...

Amma bəzilərinə sanki bu hüquqlar azlıq edir. Əlləri çörəyə çatan, müəyyən qədər pulu olan qadınların bəziləri özbaşınalığa başlayırlar.

Efirdə oturub həyat yoldaşını müzakirə edir, açıq-saçıq geyinir, işindən, sənətindən yox pulundan, sponsorlarından və hətta sevgililərindən danışır. Bu isə artıq tərbiyəsizlik, özbaşınalıqdır.

İctimai yerdə soyunan qadın müasir qadın deyil. Müasir qadın bilir ki, soyunmaq yeri başqadır. Müasir qadın bilir ki, ecazkarlıq, savadlılıq, mübhəmlik gözəlliyin təntənəsidir.

Qadın nə qədər ciddi və qapalı geyinirsə, o ətrafdakılar üçün daha maraqlı və cəlbedici olur.
Amma soyunan qadın kişi üçün ancaq bir gecəlik, bəlkə də bir saatlıq maraqlı olur.

Ehtiras sönəndən sonra hər şey adiləşir.

Bir sözlə, soyunan qadının hökmü bir saat, ağıllı qadının hökmü isə yüz il keçərlidir.

Ona görə də özünə hörmət edən, müasir qadın soyunub əzalarını göstərməklə yox, savadı, biliyi ilə diqqət mərkəzində olmaq istəyir. Çünki belə qadınla qarşı tərəf saatlarla vaxt keçirməkdən yorulmur.

Qeyd edək ki, tarixdə heç bir qadın gözəlliyi ilə fateh ola bilməyib.

Amma ağlı ilə fateh olan qadınlar çoxdur. Azərbaycanın timsalında Tomrisi, Nüşabəni yada salmaq kifayətdir. Bu qadınlar məhz ağılları və yüksək iridusiyaları hesabına dövlət qurub, düşməni susdurublar. Belə qadınlar tarix boyu qibtə yeri olub”

Soyunmaq da bir sənətdir.

Müsahibimiz deyir ki, modellər üçün soyunmaq bir sənətdir:
“Onlar podiumda istənilən formada çıxırlar. Bu sadəcə onların işidir. Buna görə də maaş alırlar.

Amma bizim cəmiyyətdə kim harda gəlir soyunur. Konsert zalında, efirdə, ictimai yerdə soyunmaq adi hal halıb. Belələri məkanı səhv salırlar. Avropada belə davranış bəlkə də normal qarşılana bilər.

Amma Azərbaycan hələ buna hazır deyil. Olsa belə, soyunmaq bir anlıq diqqət cəlb eləməkdir.
Bununla davamlı olaraq heç pul da qazanmaq olmaz. Bir sözlə, müasirlik savadlı və bilikli olmaq, zamanın çağırışlarına səs verməkdir. Soyunmaq isə müasirlik deyil”.

Oxşar xəbərlər