Əfqanların son ümidi:
Dünya
18.08.2021 23:52
0

Əfqanların son ümidi: "Əfsanəvi komandir"in oğlu ölkəyə gəldi - Mübarizə hələ indi başlayır / - FOTO

20 ildən sonra Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban"la mübarizəyə "əfsanəvi komandir"in oğlu qoşulub.

Kanal.az xəbər verir ki, Talibanın Kabilə nəzarətinin ardından minlərlə vətəndaş ölkədən qaçmağa çalışarkən, ölkədəki müqavimət hərəkatından sürpriz bir adam ölkəyə gəlib.

Talibanla mübarizəsi ilə yadda qalan və "əfsanəvi komandir" kimi tanınan Əhməd Şah Məsudun oğlu Əmrullah Saleh Kabilə gəlib. Saleh ilk açıqlamasında "milyonları məyus etməyəcəyəm" deyərək Talibanla mübarizə aparacağına söz verib.

Prezident Əşrəf Qaninin istefa verib ölkədən qaçmasının ardından Əfqanıstana gələn Saleh, özünü hətta müvəqqəti prezident adlandırıb. "Əfsanəvi komandir"in oğlu Kabildən 160 km məsafədə olan Pencşir vilayətində Talibana qarşı mübarizə aparacağını, Talibana təslim olmayacaqlarını açıqlayıb.

Saleh Twitter hesabında etdiyi yazılı açıqlamasında bu sözləri qeyd edib:

"Mənə inana milyonları məyus etməyəcəyəm. Heç vaxt Talibanla eyni dam altında olmayacam. Əsla."

Bu gün yayımlanan görüntülərdə, silahlı mühafizəçilərin müşayiəti ilə Salehin Əfqanıstan Hərbi Hava Qüvvələrinin Mi-17 sovet istehsalı bir vertolyotuna mindiyi görünür. Sözügedən bölgə 1990-cı illərdəki vətəndaş müharibəsi zamanı uzun müddət Talibanla mübarizə aparmış, təslim olmamışdır.

Paylaş:
Loading...
Loading...