Əfqanıstanı qana boyayan Xorasan qruplaşması barədə ŞOK FAKTLAR -  İllərdir gizləniblər
Dünya
27.08.2021 19:01
413

Əfqanıstanı qana boyayan Xorasan qruplaşması barədə ŞOK FAKTLAR - İllərdir gizləniblər

Ötən gün İŞİD terror təşkilatı Əfqanıstanın paytaxtı Kabildə ardıcıl 6 partlayış törədib. Hadisə nəticəsində 180 nəfər həlak olub, 200-dən çox şəxs yaralanıb.

Kanal.az xəbər verir ki, teraktın İŞİD terror təşkilatının Xorasan qrupu tərəfindən törədildiyi bildirilir.

Kanal.az İŞİD Xorasan qrupu - İŞİD-K (ingiliscə Khorasan) haqqında məlumatları təqdim edir:
2013-cü ildə İraqda İŞİD yaradıldıqdan sonra təşkilat 2014-cü ildə Rəqqa və Mosulda gücləndi.

 

2015-ci ilin yanvarında isə terror təşkilatı Pakistan və Əfqanıstandan İraq və Suriyaya gedərək qruplaşmaya qatılmaq istəyən şəxsləri bölgəyə topladı, Talibandan ayrılan yaraqlıları da toplayaraq İŞİD-K formalaşdırdığını elan etdi.

Nə üçün Xorasan qrupu?

Xorasan farsların bölgəyə hakim olduğu dövrdə - bu gün Əfqanıstan, İranın şərqi, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın bir qismini əhatə edən ərazi - imperatorluğun şərqinə verilən ad idi. “Xorasan” sözünün farscadan mənası “günəşin yüksəldiyi yer” deməkdir.
İŞİD-in İraq və Suriyada zəifləməsindən sonra Əfqanıstandan qaçan terrorçularla yanaşı, bəzi ərəb ölkələrindən, Tacikistan, Özbəkistan, Çeçenistan, Hindistan, Banqladeş və Çindən gələnlərlə böyüdü.

2018-ci ildən başlayaraq bəzi Avropa ölkələri və ABŞ-da İŞİD-K üzvü olduğu əsas gətirilən 10-dan çox şəxs uzun müddətli həbs cəzasına məhkum edilib.

İŞİD-Xorasan (İŞİD-K) əsasən, Əfqanıstanın şərqində, İran sərhədindəki şiələri hədəf alan qanlı hücumlar təşkil edib.

Buna görə də mütəxəssislər Taliban üçün təhdid təşkil etmədikcə İŞİD-K-ya qarşı müharibə aparılmadığını deyir. Ancaq zaman-zaman ölkənin şimalında və şərqində Talibanla İŞİD-Xorasan arasında qarşıdurmalar yaşanıb.

Hətta iki qruplaşma 2015-ci ildə bir-birlərinə qarşı müharibə elan edib.

İŞİD-K dəfələrlə Taliban yaraqlılarını öldürüb, onlarla əməkdaşlıq edənlərə hücumlar təşkil edib, Talibanən de-fakto rəhbərlərinin başlarını kəsib.

ABŞ Dövlət katibliyi 2016-cı ildə İŞİD-K qrupunu xarici terror təşkilatları siyahısına salıb.

İŞİD-in Yaxın Şərqdəki fəaliyyəti demək olar ki bitsə də, İŞİD-K Əfqanıstanda son illərdə qanlı hücumlara imza atıb. Onlar qız uşaqlarının getdikləri məktəbləri, qadın doğum mərkəzləri də daxil olmaqla qadınların müalicə aldığı xəstəxanalara qarşı hücumlar təşkil edir. / Ölkə.az

Paylaş:
Loading...
Loading...