Əfqanıstanda dəhşətli zəlzələ: Ölənlərin sayı 1000-i ötdü

09:36

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Kanal.az xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "Vaşinqton Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.

Bu barədə ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini bildirib.

Məlumata görə, təbii fəlakət nəticəsində 620-yə yaxın insan yaralanıb.

Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

Bu barədə əyalətin mədəniyyət və informasiya idarəsinin rəisi Amin Huzayfa bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 1 500 nəfərə yüksəlib, bir çox kəndlər məhv olub

- Dünya
- 22 İyun 2022