Əfqanıstan səfiri Şuşada: “Çox işlərə nail olunub”
Gündəm
10.07.2021 17:22
376

Əfqanıstan səfiri Şuşada: “Çox işlərə nail olunub”

“Şuşadayıq, bu valehedici görüntü çox möhtəşəmdir. İki günlük səfərdə biz Şuşanın gözəlliklərini gördük, həmçinin çox qısa zamanda başladılan rekonstruksiya işləri ilə tanış olduq. Bir çox işlərə nail olunub”.

Bunu Şuşada APA-ya açıqlamasında Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib.

Səfir bildirib ki, Şuşa sivilizasiya mərkəzidir, bu şəhərin tarixi qədimdir:

“Biz səfərimiz çərçivəsində rekonstruksiya işləri ilə tanış olduq, məscidlərdə və kilsədə olduq, hansı ki, onlar müharibədə dağıdılıb və ya zərər görüb. Lakin bu ölkənin rəhbərliyi rekonstruksiya və bərpa işlərinə çox böyük diqqət ayırıb. Mən Şuşaya, şuşalılara sülh arzulayıram. Sülh hər şeydir”.

Loading...
Loading...