Duzla balı qarışdırın: enerjini artırmağın ilginc üsulu
Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, bal və duzu birlikdə istehlak etdikdə bədəndəki mikroblar ölür. Sinir sistemini də qoruyan bu qarışım dəriyə də tətbiq oluna bilər.
B1, B2, B3, B5, B6 vitaminləri ilə zəngin olan bal dərini gözəlləşdirir. Təmiz balı üzə çəkib 15 dəqiqə saxlamaq üzə itirilmiş parlaqlığı qaytarır. Qrip və s. xəstəliklər zamanı ilk müraciət etdiyimiz şəfa mənbəyi baldır. Faydaları sonsuz olan bala əlavə edilən bir çimdik duz onun faydasını ikiqat artırır.
Bal və duz qarışımının sağlamlığa faydalarını təqdim edirik:
- Sinir sisteminin yenilənməsinə kömək edir,
- Enerji verərək günə başlamağı asanlaşdırır,
- Viruslara qarşı qalxan rolunu oynayır,
- Bədəndə virus və ya bakteriyaların təsirini azaldır,
- İmmunitet sistemini qoruyur,
- Sidik yollarını təmizləyir,
- Depressiyanın qarşısını alır,
- Yorğunluğu aradan qaldırır.
- Skrab kimi bədənə tətbiq edildikdə sellüliti azaldır.
Milli.Az
- Sağlamlıq
- 26 İyun 2024