Duyğu dolu anlar: Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı - VİDEO

  • Dünya
  • 08 Fevral 2023
63e3a382d7cc4202302232834
  • Oxunub: 569

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələdə dağıntılar altında qalan 61 yaşlı Salman Aydemir təbii fəlakətdən 47 saat sonra xilas edilib. Onun axtarış-xilasetmə işlərinə oğlu Osman da öz ekskavatoru ilə qatılmışdı.

Məlumata görə, Osman səkkizmərtəbəli binanın dağıntıları altında səs eşidib və bunu xilasedicilərə çatdırıb. 

Aparılan əməliyyat zamanı ata Salman Aydemir sağ-salamat dağıntılar altından çıxarılıb.


Oxşar xəbərlər