64e9b3bd41a38202308231141

Düşməni qorxuya salan türk robotları: Pilləkən qalxır, üzür, müşahidə aparır - VİDEO

Türkiyənin hərbi sənayesi pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması və tətbiqi sahəsində daha bir  nailiyyət ortaya qoyub.

KONKRET.az xəbər verir ki, ötən gün Türkiyənin Milli Müdafiə Nazirliyi özünün rəsmi Twitter səhifəsindən “ACROB” pilotsuz yerüstü maşınların (insansız kara araçları-İKA) quru qoşunlarının silahlanmasına daxil edildiyini açıqlayıb.

Məlumatda deyilir ki, “Acrob” İKA-ları döyüş əməliyyatları zamanı personal arasında itkilərin azaldılması, təhlükəli, girilməsi mümkün olmayan bölgələrdə kəşfiyyat və müşahidə aparılması, düşmən atəşi altındakı riskli bölgələrdə döyüş vəzifələrinin daha asan yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Bu robotlar suda üzmək, çətin maneələri dəf etmək, pilləkənlərlə qalxmaq qabiliyyətinə malikdir, uzaqdan komanda ilə idarə olunur.