6304b7c1a0be5202208221929

Duqin qızının ölümündən sonra ilk dəfə danışdı: "Od püskürdü"

Rusiyalı ideoloq, Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqin qızı Darya Duqinanın öldürülməsindən sonra ilk dəfə açıqlama verib.

Kanal.az xəbər verir ki, o yazılı açıqlamasında bilidirb ki, Darya Rusiyanın düşmənləri tərəfindən öldürülüb. ”Faşist Ukraynanın həyata keçirdiyi terror hücumu nəticəsində öldürüldü. Amma bizi qorxuda bilməyəcəklər” – Duqin deyib.

Qeyd edək ki, Aleksandr Duqinin qızı Daria Duqinin olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində partlayıb.

Bildirilir ki, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.

Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən "Ənənə" ailə festivalından qayıdırmışlar. Rusiya hadisənin Ukrayna kəşfiyyatı tərəfindən təşkil edildiyini açıqlasa da, Kiyev təkzib edib.