Dünyanı silkələyən açıqlama: Raketlərimiz hazırdır, ABŞ-ı bombalaya bilərik
“Amerika qitəsi hidrogen bombaları, qitələrarası ballistik raketlər və səsdən sürətli raketlərin mənzilindədir və dünyanı silkələyə bilərik”.
Kanal.az xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyinin bəyənatında belə deyilir. Açıqlamada qeyd edilir:
“Bir çox ölkənin boyun əyib itəat edərək ABŞ-la zaman itirdiyi hazırki dünyada ABŞ torpaqlarını raketlə hədəfə ala biləcək tək ölkə var. Əmrimizdə hidrogen bombaları, qitələrarası rtaketlər və səsdən sürətli mərmilər var”.
Açıqlamada Şimali Koreyanın son raket sınaqları “fövqəladə uğur” kimi qiymətləndirilib. Bildirilib ki, belə uğurlar Şimali Koreyaya qarşı müharibə etmək istəyən ölkələri çəkindirir. / Metbuat.az
- Dünya
- 09 Fevral 2022