Dünyada koronavirusla bağlı son vəziyyət
Dünya
21.04.2021 03:16
310

Dünyada koronavirusla bağlı son vəziyyət

Loading...

Dünyada son bir gündə koronavirusa 656 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 656 406 hal qeydə alınıb, COVID-19-dan 10 503 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 141 754 944, ölüm hallarının sayı 3 025 835 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 3 025 835 nəfər virusa yoluxub. Daha sonra Hindistan (15 321 089) və Braziliya (13 943 071) gəlir.

koronavirus
korona virusu
Loading...
close
close