Dünya Türkiyənin yeni silahından danışır: Vura bilmədiyi hədəf yoxdur -  Ərdoğanın YENİ PLANI...
Dünya
30.08.2021 13:45
229

Dünya Türkiyənin yeni silahından danışır: Vura bilmədiyi hədəf yoxdur - Ərdoğanın YENİ PLANI...

Türkiyənin milli İstehsalı "AKINCI" zərbə pilotsuz təyyarəsi uzun sürən təlim sınaq uçuşlarından sonra bu gün 29 avqust 2021-ci ildə rəsmən Türkiyə ordusunun Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.

Kanal.az bu barədə TSK-ya istinadən xəbər verir.

Tədbirdə, Səlçuk Bayraktar, Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli şəxsləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Türkiyə prezidenti "AKINCI" nın üzərinə öz imzasını atıb. Digər qonaqlar, AKINCI"nı heyrətlə izləyib.  "AKINCI" zərbə pilotsuz təyyarəsi sələfi TB2 Bayraktar PUA-larından da, üstün döyüş qabiliyyətinə malikdir.

Dünyada 1300 kq döyüş sürsatı daşıya bilən yeganə pilotsuz təyyarə hesab olunur.  NATO və Rusiya mütəxəssisləri etiraf edirlər ki, bu təyyarənin dünyada analoqu yoxdur.


Paylaş:
Loading...
Loading...