63772e5d5b89a202211220357

"Dünya ölkələri Rusiyaya qarşı birləşiblər" - Putinə təzminat ödətmək istəyirlər

"Rusiya -Ukrayna müharibəsinin davam etməsi, həm də onun siyasi və geosiyasi nəticələrini gətirir. Artıq BMT -nin Baş Assambleyası qətnamə qəbul edib. Qətnaməyə görə, Rusiya Ukraynaya təzminat ödəməlidir. Müharibələr zamanı belə faktlara çox rast gəlinir. Hətta İkinci Dünya Müharibəsindən sonra Almaniyanın İsrailə təzminat ödəməsi bugün də həyata keçirilir.

Bu, beynəlxalq hüququn bozulması, Cenevrə konvensiyanın tələblərinin nəzərə alınmaması, eləcə də soyqırım siyasəti həyata keçirilməsi ilə bağlı olan yanaşmalardır".

Bu barədə politoloq İlyas Hüseynov danışıb. Onun sözlərinə görə, müharibə dövründə də Rusiya Ukraynanın mülki infrasturukturunu hədəfə alıb. Hərbi obyektlərdən kənar infrastrukturlar da məhv edilib və Ukrayna şəhərləri darmadağın vəziyyətdədir. Bu səbəbdən də, Rusiyaya qarşı, belə sərt bir qətnamə qəbul olunub:

“Lakin görünür ki, Rusya tərəfi bu təzminatın ödənilməsindən boyun qaçıracaq. Özü üçün hansısa hüquqi fond yaradacaq ki, bütün öhdəliklərdən boyun qaçırsın. Qeyd edək ki, müharibə hələ də davam edir. Beynəlxalq ictimaiyyətin Rusiyanı qınaması və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı həyata keçirilən fəaliyyət, həm də Rusiyanı qınaq obyektinə çevirir və Rusyaya qarşı fəaliyyəti daha da genişləndirməyə səbəb olur”-deyən politoloq bildirib ki, dünya ölkələri də bugün Rusiyaya qarşı birləşiblər.

BMT-nin səs verməsində Rusiyanın lehinə, qətnamənin əleyhinə səs verən dövlətlərin siyahısına baxanda görürük ki, əsasən Rusiyanın geosiyasi təsiri olan dövlətlər burada yer alırlar. Lakin bu, yetərsizdir və böyük ictimaiyyət Rusiyanın bu işğalçılıq planlarını qınayır və ona qarşı çıxır. Bunun nəticəsidir ki, artıq qətnamə qüvvəyə minib. Politoloq hesab edir ki, bu qətnamənin icrası problematiktir.

Çünki BMT-nin elə bir mexanizmi yoxdur ki, Rusiyanı bu işə vadar etsin. Belə ki, Rusiya tam məğlub olarsa və təzminatın ödənilməsi ilə bağlı öhdəlik götürərsə, bu BMT-nin uğuru kimi qiymətləndiriləcək: “İndiki vəziyyətdə Rusya bu qəbul olunan qərarları bir kağız parçası hesab edir və öz planlarından da geri çəkilmək niyyətində deyil”-deyə İ. Hüseynov vurğulayıb. / Bizimyol.info