Dünya çempionatı: Daha üç cüdoçumuz mübarizəyə başlayır
İdman
07.06.2021 11:05
704

Dünya çempionatı: Daha üç cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Kanal.az xəbər verir ki, kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi -66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (-52 kq) tatami üzərinə çıxacaq.

Şıxəlizadənin ilk rəqibi Lusian Dumitresku (Rumıniya) olacaq. Səfərov isə mübarizəyə İrlandiya təmsilçisi Naton Börnsə qarşı görüşlə start verəcək.

Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitskaya-Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.

Loading...
Loading...