63846887be7a6202211225135

Dünya çempionatı çalxalanır: Bu millinin qovulması tələb edildi

İran tərəfi ABŞ milli komandasının dünya çempionatından uzaqlaşdırılmasını tələb edir.

Kanal.az xəbər verir ki, bununla bağlı Təsnim agentliyində çağırış edilib. Belə tələbin irəli sürülməsinə səbəb ABŞ millisinin sosial media hesabında İran bayrağını təhrif edilmiş formada dərc edilməsidir. Açıqlamada deyilir:

“ABŞ-ın futbol millisi rəsmi hesabında İranın təhrif olunmuş bayrağını yayımlayaraq, 10 oyunluq cəzanı nəzərdə tutan FİFA nizamnamələrini pozdu. ABŞ millisi dünya çemionatından qovulmalıdır”.

İran futbol federasiyasından bildirilib ki, ABŞ tərəfinin İran bayrağında İslam dini ilə bağlı loqonu silməsi qeyri-etik davranışdır. ABŞ futbol federasiyasından isə bildirilib ki, İranda insan haqları uğrunda mübarizə aparan qadınlara dəstək göstərmək üçün belə qərar verilib və görüntü 24 saatdan sonra silinib. Qeyd edək ki, B qrupunun son turunda İran və ABŞ milliləri qarşılaşacaq. Heç-heçə İranın qrupdan çıxmasını təmin edəcək. ABŞ-a qrupdan çıxmaq üçün qələbə lazımdır.