63358d6cea413202209221956

Dünya 3-cü dünya savaşına doğru - NATO Ukraynaya qoşun yeridə bilər

“Rusiya nüvə silahından istifadə edərsə, NATO Ukraynaya qoşun yeridə bilər”.

Kanal.az xəbər verir ki, Polşanın xarici işlər naziri Zbiqnev Rau belə açıqlama verib. O bildirib ki, hərbi alyansın Rusiyaya cavablarından biri də bu şəkildə ola bilər.

Qeyd edək ki, Ukraynanın işğal edilmiş ərazilərində keçirilən saxta referendumdan sonra Donetsk, Luqansk, Zaporojye və Xerson Rusiyaya birləşməyə hazırlaşır. Prezident Vladimir Putin bəyan edib ki, Rusiyanın ərazi bütövlüyünə təhdid olarsa nüvə silahından istifadə edəcək. Ekspertlər hesab edir ki, Putin ərazi bütövlüyü dedikdə ilhaq ediləcək Donetsk, Luqansk, Zaporojye və Xersonu da nəzərdə tutur. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, Donetsk və Luqanskı hərbi yolla azad ediləcək.