Döyüşlər Kiyevə çatarsa, şəhər tamamilə boşaldılacaq - GÖZLƏNİLMƏZ AÇIQLAMA

  • Dünya
  • 18 Fevral 2022
620f8f2154d6c_1644644093_273225647_654725178981976_7227414255505015357_n

“Döyüşlər Kiyevə çatarsa, şəhər tamamilə boşaldılacaq”.

Kanal.az xəbər verir ki, bu barədə Ukrayna İctimai Radiosunda Kiyev Şəhər Dövlət Administrasiyasının Bələdiyyə Təhlükəsizlik Departamentinin direktoru Roman Tkaçuk məlumat verib.

O bildirib ki, hərbi əməliyyatlar baş verərsə, evakuasiya həyata keçiriləcək və şəhərdə yalnız mühüm infrastrukturun və Silahlı Qüvvələrin işçiləri qalacaq.

Meriyanın nümayəndəsi əlavə edib ki, belə olan təqdirdə müvafiq bölmələr mühüm infrastruktur obyektlərinin fəaliyyətini təmin etmək üçün həm quru, həm də yeraltı nəqliyyatda çalışacaq.

Oxşar xəbərlər