Ukraynanın şərqində – Donetsk və Luqanskda yaşayan insanların Rusiyaya təxliyəsinə başlanılıb.
Kanal.az xəbər verir ki, bu barədə danışan qondarma “donetsk xalq respublikası”nın separatçı rəhbəri Denis Puşilin toqquşmaların şiddətlənməsi səbəbindən analoji addımın atıldığını bildirib.
“Ukraynanın şərqində separatçıların nəzarətində olan Donetskdə toqquşmaların şiddətlənməsi ilə əlaqədar təxliyə qərarı verilib. Qadın, uşaq və qocaların Rusiyanın cənub-şərqinə müvəqqəti təxliyəsinə başlanılıb”, – yayılan məlumatda deyilib.
Puşilin deyib ki, təxliyə qərarı Ukrayna ordusunun hücumu ehtimalına görə verilib.
Eyni zamanda separatçıların nəzarətində olan Luqanskda təhsil ocaqları fəaliyyətini dayandırıb.