Donbas döyüşləri: rus ordusu irəliləyir...

  • Dünya
  • 01 İyun 2022 10:51
  • Oxunub: 153

Rusiya hərbçiləri Liman bölgəsində hücum əməliyyatları aparır və Severodonetsk şəhərinin mərkəzində möhkəmlənirlər.

Kanal.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Liman istiqamətində düşmən bölmələri gücləndirərək yenidən qruplaşdırıb. Ka-52 helikopterlərinin dəstəyi ilə Liman – Starıy Karavan istiqamətində irəliləyir, döyüşlər davam edir. Severodonetsk istiqamətində ruslar şəhərinin şimal, cənub və şərq rayonlarında hücum əməliyyatları keçirib, uğur qazanıb və şəhərin mərkəzində möhkəmlənməkdədir”, - məlumatda deyilib.

Qeyd olunur ki, Baxmut istiqamətində Rusiya Ukrayna bölmələrini Beloqorovka və Vrubovka ərazilərindəki mövqelərindən sıxışdırıb çıxarmağa çalışır:

“İşğalçılar Kamışevax, Berestovo və Poçeçnoye yaşayış məntəqələrinə hücum edir. Onlar hücumda ordu aviasiyasından istifadə edirlər”.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...