Rusiya qoşunları Dnepropetrovsk bölgəsinə “Tornado” reaktiv yaylım atəşi sistemindən raket zərbələri endiriblər.
Kanal.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.
O qeyd edib ki, Rusiya “Tornado” MLRS-dən üç raket atıb.
Rezniçenkonun sözlərinə görə, dağıntılar və qurbanlar barədə məlumat dəqiqləşdirilir:
“Xilasedicilər hadisə yerindədir. Pis hava şəraiti onların işini çətinləşdirir”.