Dilarə Oqtayın SON ARZUSUNU açıqladı: "Gördüm gözündən yaş axır..."
Aktrisa aparıcısı olduğu “Söhbət var” verilişində mərhum həyat yoldaşı barədə danışıb. O, Oqtay Əliyevin ən böyük arzusunu dilə gətirib:
“Oqtayın ən böyük arzusu İrəvana getmək idi. Ömür vəfa etsəydi, heç olmasa, bir dəfə qismətinə yazılsaydı, İrəvana gedib məhəllələrinə baş çəksəydi. Bu onun üçün ən böyük xoşbəxtlik olardı. İnsan nə qədər yurd həsrəti ilə yaşaya bilər?.. Oqtayda o böyük yurd həsrəti var idi.
Ortay heç vaxt ağlamazdı. Çox möhkəm insan idi. Ömründə bir dəfə onun ağladığını gördüm. İrəvandakı məhəllələrinin videosunu çəkib göstərdiklərində Oqtay əlini başına tutmuşdu, gözündən yaş axırdı”./yenicag.az/
- Şou biznes
- 01 May 2023