Müğəni Dilarə Kazımova sosial şəbəkədə aktyor babası ilə bağlı paylaşım edib.
Kanal.az xəbər verir ki, o instaqram hesabında babası Dadaş Kazımovun fotosunu paylaşaraq onun bir sıra filmlərdə rol aldığını bildirib.
"Əsasən epizodik rollarda çəkilən Dadaş Kazımovun "Axırıncı aşırım", "İstintaq", "Şirbalanın məhəbbəti" filmindəki rolları yaddaqanlandır" -deyə o qeyd edib.
Xatırladaq ki, Dadaş Kazımov "Təhminə" filmində "Məmmədnəsir" obrazını da canlandırıb.
Qeyd edək ki, Dadaş Kazımov 1923-cü il noyabrın 25-də doğulub.
Əsasən epizodik rollarda çəkilən aktyor "Axırıncı aşırım", "İstintaq", "Şirbalanın məhəbbəti" kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.
O, 1992-ci ildə infarktdan vəfat edib.

/baku.ws