Dilarə Əliyevanın evində xoş gün - FOTOLAR

  • Gündəm
  • 16 Sentyabr 2025
688361773cc3e202507255031
Əməkdar artist Dilarə Əliyevanın nəvəsi Aygülün 5 yaşı tamam olub. 

Kanal.az xəbər verir ki, aktrisa nəvəsinin özəl günündən görüntülər paylaşıb. 

"Bu gün bizim üçün ikiqat bayramdır – həm canımız Aygülün 5 yaşını qeyd edirik, həm də onun ilk dəfə məktəbəqədər hazırlığa qədəm qoymasının sevincini yaşayırıq. Sənin gülüşün evimizin işığı, ürəyimizin sevincidir. Uğurların, yeni öyrəndiklərin, dostların səni hər gün daha da xoşbəxt etsin" deyə, D.Əliyeva bildirib. 

Qeyd edək ki, Aygül aktrisanın qızı Aytənin övladıdır. Aytənin bu yaxınlarda daha bir qız övladı dünyaya gəlib. D.Əliyevanın banu adlı daha bir qız övladı var. (axsam.az)

Oxşar xəbərlər