Müğənni Qumral Musayeva açıqlaması ilə diqqət çəkib.
Kanal.az xəbər verir ki, sənətçi həyat yoldaşı ilə sosial şəbəkələrdə yazılan tənqidli şərhlərin cavabını verib.
"Deyirlər ki, mənim ərim hara baxır? Mən biədəb iş görmürəm. Mənim yoldaşım elə mənə baxır. Gözəlliyimə baxır. Rəqs nə vaxtdan pis olub? Elədirsə, niyə rəqqasələrimiz var? Toyda rəqs olunmasın. Bu, bir gözəllikdir. Mənə deyirlər ki, rəqs edib, performans göstərib, ifa edirsən. Daha maraqlı olur. Sənhədə hərəkətsiz, "quru-quru" oxumağın maraqsız olduğunu deyirlər. Həzm edə bilmədikləri, qurdları içinə vurduqları üçün şərhlərdə pis şeylər yazırlar. Baxırlar ki, hər şeyi bacara bilirəm. Makiyajı da özüm edirəm, çox vaxt salonlarda olunanı bəyənmirəm".