65d9a9d34286d202402243323

Dərman bitkiləri

Təbabətdə və baytarlıqda müalicə və profilaktika məqsədiləri üçün istifadə olunan bitkilər.Bitkilərin özləri ilə və ya onlardan alınan ekstraktlarla xəstəliyin müalicə olunması meselesi eramızdan çox-çox əvvəl Misirdə və Çində başlanmışdır. Onlar xardal , deniz soğanı,çovdar mahmızı ,badyan və s.kimi 200-ə qədər derman bitkilərindən istifadə etməklə yanaşı,onları həm də təsfir etmişler.Yalniz XVI-XVII əsrlərdə Avropada derman bitkilərindən istifadə edilməyə başlanmışdır.Avropalılar əvvəllər dərman bitkilərinin çoxunu xarici ölkələrdən xüsusilə Amerikadan (yalapa,kinə agacı ,inekakuana ,seneqa hidrastis),Afrikadan (kola), Hindistandan(çilibuxa ), Avstriyadan(evkalipt),Seylondan(koritsa), İndoneziyadan(qərənfil,vanil ,ye qozu )və başqa ölkələrdən gətirirdilər.Keçən əsrin axırlarında bu növ müalicəyə münasibət elmi təbabətdə bir az sərin oldusa da ,xalq təbabəti yüksək səviyyədə inkişaf etməkdə idi.Bir vaxt xalq təbabəti - türkəçareye qısqanclıqla yanaşan elmi təbabət bu gün onun əhəmiyyətini etiraf edir.Hazırda xalq təbabəti ve müasir elmi təbabət birləşərək Respublikamızda çox cavan sahə olan fitoterapiyanın yaranmasına səbəb olmuşdur , **Min dərd varsa ,min bir də derman var** deyən ulularımız öz azar - bezarlarını bitkilerden hazırladıqları dermanlarla müalicə ediblər . Qeyd etmək lazımdır ki, bitkilerden hazırlanan dərmanlar  heç vaxt fəsad törətmir .Bu bitkilər nəinki derman məqsədiilə , həmçinin ətriyyatdan və yeyinti sənayesində də geniş istifadə olunur.