Deputat: “Nazirlərin Qubada villası var, həmin yolu görmürlər?”

  • Dünya
  • 05 Aprel 2022 13:28
  • Oxunub: 163

Milli Məclisin iclasında deputat Vahid Əhmədov Bakı-Quba yolunun təhlükəli olduğunu bildirib.

Kanal.az-ın məlumatına əsasən, Vahid Əhmədov xatırladıb ki, parlamentin ötən iclasında Bakı-Quba yolundakı vəziyyətlə bağlı baş nazirə müraciət edib.

“Mən bundan sonra baş nazirlə (Əli Əsədov) və müavini ilə görüşdüm. Bir daha müraciət edirəm ki, Bakı-Quba yolu ya təmir edilsin, ya da alternativ yol istifadəyə verilsin.

“Artıq bu yoldan istifadə çətinləşib. Nazirlərin Qubada villaları var, məgər onlar həmin yolu gedəndə onu görmürlər?”, - deyə Vahid Əhmədov əlavə edib.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...