Qumralın paylaşımı gündəm oldu: “Dənizdə hamı mənə baxır” - VİDEO

  • Gündəm
  • 21 İyul 2025
687e865708156202507252631

Müğənni Qumral dənizdə istirahət edərkən insanların ona qəribə baxmasından gileylənib.

Kanal.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabının "hekayə" bölməsində paylaşım edib. O, insanların ona qeyri-adi və şübhəli baxışlarından narahat olduğunu bildirib:

“Dənizdə olanda hamı mənə şübhə ilə baxır. Ay başınıza dönüm, Qumral da istirahət etməlidir, dənizdən istifadə etməlidir, günəşlənməlidir, D vitamini qəbul etməlidir. Dəniz daha xeyirlidir, daha gözəldir”.

İfaçı izləyicilərinə yaxın olduğunu xatırladaraq, vurğulayıb:

“Mən də sizin kimi sıravi vətəndaşam. Özümü heç vaxt sizlərdən seçməmişəm, yuxarıdan aparmamışam. Həmişə sizin arasındayam. Heç nəyi kompleks etmirəm. İnsanlardan ürkmürəm, nə də çəkinmirəm”.

Qeyd edək ki, Qumral sosial şəbəkələrdə aktivliyi və açıq fikirləri ilə seçilən sənətçilərdəndir. 

Aydan Hacı 

(yenisabah.az)
Oxşar xəbərlər