65acfc50d3439202401241320

“Dəlixana”nın keçmiş tibb bacısı ona aşiq olan xəstələrdən DANIŞDI

Cinayətkarlar üçün psixi xəstəxananın keçmiş tibb bacısı Yelizaveta Zaqinaylova ona aşiq olan xəstələri xatırlayıb.


Kanal.az xarici mediaya istinadən bildirir ki, psixiatriya xəstəxanasına məcburi yerləşdirilən insanların maraqlı bir xüsusiyyəti var. Onların həyatı öz ətrafında deyil, tibb işçilərinin ətrafında qurulur. Yəni onların həyatında baş verən maraqlı və əhəmiyyətli hər şey birbaşa sizinlə bağlıdır.


"Təbii ki, mən şöbəyə işə gələndə xəstələr üçün bu, böyük, mühüm hadisə idi. Gənc, gözəl qız. Əlbəttə, mənə diqqət artdı. Xəstələr mənə şeir yazdılar, sevgilərini etiraf etdilər, xəstəxanadan çıxıb məni özləri ilə aparacaqlarına söz verdilər", - Zaqinaylova deyib.

Daha sonra xəstəxananın xəstələrinin yalnız ona deyil, bütün qadın nümayəndələrinə belə diqqət göstərdiyini öyrənib.

Lent.az