Dəhşətli xəbər gəldi: Bir ailənin faciəsi / FOTO

  • Dünya
  • 07 Fevral 2023
63e29f49a4bd4202302235817
  • Oxunub: 26960

Türkiyənin Hatay şəhərindən daha bir acı xəbər gəlib.

Kanal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hüseyin və Merve Huyluoğulları cütlüyünün beşəm övladlarının dördü dağıntılar altından ölü tapılıb. Sağ qalan beşinci körpə xəstəxanaya yerləşdirilib.

Körpələrin valideynləri hələlik tapılmayıb.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 5434-ə çatıb, 31777 nəfər yaralanıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Oxşar xəbərlər