ordu hücum

Dəhşətli İDDİA: Şərqdəki bütün qüvvələr məhv edilib: 30-40 min hərbçi...

Pentaqon rəhbərinin keçmiş müşaviri Polkovnik Duqlas Makqreqor Rusiya və Ukrayna arasında gedən müharibə, ABŞ və Qərbin bu savaşdakı mövqeyi və digər məsələlər barədə açıqlama verib.

Kanal.az “Qlav media”ya istinadən xəbər verir ki, Makqreqor Putinin son 15 ildə ABŞ-a xəbərdarlıq etdiyini xatırladıb: “Putin öz sərhədləri yaxınlığında ABŞ qoşunlarına və raketlərinə dözməyəcəyini bildirib. Necə ki, biz Kubada rus qoşunlarının varlığını qəbul etmədik. Biz onu ləğv etdik və o, hərəkətə keçməyə başladı”.

Duqlas Makqreqor əlavə edib ki, Ukraynanın şərqində döyüşlər demək olar ki, başa çatıb. Ukrayna Silahlı Qüvvələri orada mühasirəyə alınıb və məhv edilib. Cənub-şərqdə isə 30-40 minə qədər qüvvə cəmləşib. Əgər onlar təslim olmasalar, məhv ediləcəklər.

Zelenski niyə danışıqlara razılaşdı?

Pentaqon rəhbərinin keçmiş müşaviri hesab edir ki, oyun bitib. Zelenski əldə edə biləcəyi ən yaxşı sövdələşməni müzakirə etməli olacaq. ABŞ artıq açıqlayıb ki, əgər Zelenski Ukrayna üçün neytrallığı seçsə, onu dəstəkləyəcək.

Putin bundan sonra nə edəcək?

“Onun Ukraynaya ehtiyacı yoxdur. Sadəcə neytral statusda olmasını istəyir. Əgər Putin Ukraynanı alsa, onda NATO-nu öz sərhədləri yaxınlığında görəcək. Rusiya məhz bunu istəmir. ABŞ müdaxilə etməməli və sanksiyalar tətbiq olunmamalıdır” – deyə Duqlas Makqreqor fikirlərini tamamlayıb. / Konkret.az