665095329b781202405242506

DƏHŞƏTLİ CİNAYƏT! 2 uşağın başını kəsib meyitlərinin üzərinə qeyd yazdılar - FOTOLAR

Meksikanın Tabasko ştatının Komalkalko şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Anons.az xarici KİV-ə istinadən xəbər verir ki, sakinlər mayın 23-ü səhər saatlarında müxtəlif yerlərdə qalmış iki cəsədin tapılmasının şahidi olublar.

Dərhal hadisə yerinə gələn təhlükəsizlik qüvvələri başı kəsilmiş kişi cəsədinin üzərində çanta və dəsmal tapıblar.

Meyitin yanında Dante Emiliano adlı uşağın ölümündən bəhs edən təhdid mesajı olan karton parçası olub. Qeyddə “Pescuezo” ləqəbinə istinad edən ifadələr yazılıb.

Daha sonra yaxınlıqda daha bir cəsəd tapılıb. Meyit bükülmüş və lentlə bağlanmış vəziyyətdə olub. İkinci meyitin də yanında “qeyd” yazılıb.

Məlumatına görə, Dante Emiliano nənəsinin evinin qarşısında güllələnərək öldürülüb. Ştatın müvəqqəti qubernatoru Karlos Manuel Merino Kampos jurnalistlərə bildirib ki, uşağa binanın kənarında bəzi insanlarla görüşmək üçün zəng gəlib.

Naməlum şəxslər onu zorla maşına mindirməyə çalışıblar. Lakin oğlan mübarizə aparsa da onu vurublar. Uşaq tez bir zamanda xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Balaca uşağın səkidə uzandığı və qonşularının ona kömək etməyə və qanını dayandırmağa çalışdığı anlar sosial mediada əksini tapıb. Emiliano həmin vaxt “Ölmək istəmirəm” deyə qışqırıb.