Damlanın oxuduğu toyda atəş açıldı: Polis əməliyyat keçirdi - FOTO/VİDEO
Hadisə
12.04.2021 16:18
774

Damlanın oxuduğu toyda atəş açıldı: Polis əməliyyat keçirdi - FOTO/VİDEO

Loading...

Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqın edib.

“Qafqazinfo” xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda odlu silahdan havaya atəş açılması səbəb olub.

İnsident aprelin 10-da baş verib. Belə ki, polis əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.

Saxlanılanlar arasında Damlanın prodüseri Şamil İbrahimov da olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser həmçinin basqın zamanı lentə aldığı görüntüləri də “Instagram” səhifəsində yerləşdirib.

damla
müğənni damla
toyda atışma
toyda hadise
Loading...
close
close