Daha bir güləşçimiz ermənini məğlub etdi
İdman
24.04.2021 17:11
682

Daha bir güləşçimiz ermənini məğlub etdi

Loading...

Yunan-Roma güləşi üzrə idmançımız Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

"Qafqazinfo" xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib. O, medal uğrunda görüşdə ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.

yunan roma güləşi
güləş
Loading...
close
close