Daha altı məktəb koronavirusa görə bağlandı
Ölkə
13.04.2021 16:49
1110

Daha altı məktəb koronavirusa görə bağlandı

Loading...

Ucar rayonunda daha altı orta məktəb koronavirusa görə bağlanıb.

KANAL.AZ-ın məlumatına görə, Ucar rayonunun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəbləri distant təhsilə keçirilib.

Buna səbəb təhsil müəssisələrində koronavirusa yoluxma faktlarının aşkarlanmasıdır. Belə ki, adıçəkilən təhsil müəssisələrində ümumilikdə 11 müəllimdə COVID-19 aşkarlanıb. Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında bu təhsil müəssisələrdə tədrisin onlayn rejimdə davam etdirilməsinə qərar verilib.

Məlumatı Oxu.Az-a Ucar Rayon Təhsil Şöbəsindən təsdiq ediblər.

Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, daha əvvəl Ucar rayonun 1 saylı və 3 saylı orta məktəbləri müəllim və şagirdlər arasında koronavirusa yoluxma faktlarına görə distant təhsilə keçmişdi. Onlardan 3 saylı orta məktəb artıq əyani təhsil sisteminə qayıdıb.

Loading...
close
close