Dağıntılar altında qalan gəncin divara yazdığı sözlər hamını duyğulandırdı - FOTO

  • Dünya
  • 09 Fevral 2023
63e4aa5df2d3e202302231005
  • Oxunub: 16809

Türkiyənin Kahramanmaraş vilayətindəki zəlzələ nəticəsində dağıntılar altında qalan insanları xilas etməyə çalışan xilasedicilər duyğulu anlarla qarşılaşıb.

Kanal.az xəbər verir ki, onlar 64 saat sonra bir gənci dağıntılar altından sağ çıxarıblar. Xilasedicilər həmin vaxt gəncin dağılmış divara yazdığı sözlərin şahidi olublar. Gənc dağıntılar altında olarkən divara “Ümidinizi itirmə” deyə yazıb.

Qeyd edək ki, dağıntılar altından xilas edən həmin gəncin səhhəti normaldır.

Oxşar xəbərlər