Cövhər Dudayevin xanımı Zelenskiyə müraciət etdi: “Cövhər deyirdi ki…”

  • Dünya
  • 24 May 2022 22:31
  • Oxunub: 4405

“Ukrayna xalqının qalib gələcəyinə inanırıq və Rusiya yox olacaq”.

Bu sözləri İçkeriyanın ilk prezidenti Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayeva deyib. O, Ukrayna və Zelenskiyə dəstək sözləri ilə videomüraciət edib.

Video “Böyük Lvov danışır” kanalında yayımlanıb.

Dudayeva Ukraynadan, ukraynalılardan və “ümumi düşmən”lərindən danışıb.

“Ukrayna naxışlı köynəklərində və ətrafa tökülən hər şeydə xalqın sevgisini gördük və bu sevgi sizi xilas edir. O, dünyamızı xilas edəcək, çünki bizim ümumi düşmənimiz var. Siz qalib gəlməyə məhkumsunuz”, – deyə Dudayeva bildirib.

“Cövhər deyib ki, Ukrayna günəşi Ukraynanın üzərindən doğanda Rusiya yox olacaq. Və biz hamımız bu anı gözləyirik və ümid edirik. Biz Ukrayna xalqının qalib gələcəyinə inanırıq. Çünki bütün dünya sizə kömək edir və prezident Zelenskinin cəsarətinə heyrandır. Siz belə ağır ilk zərbəyə tab gətirirsiniz.  İndi bütün istiqamətlərdə Rusiya imperiyası zərbə vurur. Ukrayna xalqının cəsarətinə heyranıq”, – Dudayeva vurğulayıb.

konkret.az

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...