Çempionlar Liqasının 2021/22 mövsümünün final oyunu üçün biletlərin qiyməti məlum olub.
Kanal.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək həlledici görüşə 1-ci kateqoriya biletlər 690 avro, 2-ci kateqoriya 490 avro, 3-cü kateqoriya isə 90 avroya satışa çıxarılıb.
İçkilər və yeməklər daxil olmaqla, qonaqpərvərlik zonası girişi üçün biletlərin qiyməti 1390 avro olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də "Qazprom Arena"da gerçəkləşəcək.