6389ac521b6c5202212224210

"Çırpınırdı Qara dəniz" mahnısı Ərdoğanın seçki mahnısı oldu - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyasındakı mahnısı "Çırpınırdı Qara dəniz" mahnısı olacaq.

Kanal.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf partiyasının nümayəndəsi Osman Nuri açıqlama verib. Mahnının klipi təqdim edilib. Mahnının yeni sözləri belədir:

"Nice yollar aşmadık mı/Gönülde bir olmadık mı/Şahit oldu yedi düvel/Zoru kolay yapmadık mı

Sende biz sevdayı gördük/Senin davanla büyüdük/Ay yıldızı yaren bilip/Senin izinde yürüdük

Ah sözümüz söz olsun ki/Bu söz özümüz olsun ki/Sen varsan umudumuz var/Biz senden vazgeçmeyiz ki."

Qeyd edək ki, mahnı, Azərbaycanın dahi şairi Əhməd Cavadın yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzəyir Hacıbəyov tərəfindən bəstələnmiş musiqi əsasında yaranıb. O zaman Üzeyir Hacıbəyov bu mahnını Nuru Paşanın komandalığındakı Qafqaz İslam Orusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib. Mahnı Türkiyədə Azərinin ifasında çox sevilir.