1Xbet
1Xbet
Çipli insanlarla dolu cəmiyyətdə yaşamaq istərdiniz? - SORĞU
Maraqlı
23.03.2021 18:38
692

Çipli insanlarla dolu cəmiyyətdə yaşamaq istərdiniz? - SORĞU

Loading...

“Kaspersky” şirkəti insan bədəninin qabiliyyətlərini təkmilləşdirən və mövcud məhdudiyyətlərin (məsələn, bionik protezləri) öhdəsindən gələn texnologiyalardan (çiplər və implantlar) istifadə barədə nə düşündüklərini öyrənmək üçün beynəlxalq sorğu keçirib. Respondentlərin demək olar ki, yarısı (46,5%) hər kəsin müasir ixtiraların köməyi ilə öz bədənini dəyişdirmək hüququna malik olduğuna inanır.

Kanal.az oxu.az a istinadən xəbər verir ki, 2021-ci ilin mart ayında aparılan bu sorğuda Asvtriya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya və Böyük Britaniyadan 6500 nəfər iştirak edib.

Sorğuda iştirak edənlərin yalnız 12%-i bədənlərində mexaniki və ya elektron komponentlər gəzdirən insanlarla işləməyin əleyhinə olduğunu bildirib. Səbəb isə mümkün narahatlıqdır, çünki bu cür texnologiyalar xüsusi üstünlüklər təmin edə bilər. Respondentlərin üçdə birindən çoxu (39%) təkmilləşdirici texnologiyaların istifadəsinin gələcəkdə bərabərsizlik və ya qarşıdurmaya səbəb ola biləcəyindən qorxur.

Hər iki nəfərdən birinin (49%) həm adi insanların, həm də implant və ya çipli insanların yaşayacağı cəmiyyət barədə fikri nikbin və hətta həvəslidir. Respondentlərin üçdə birindən çoxu təkmilləşdirici texnologiyalardan istifadə etmək istəyənləri hər zaman anlayışla qarşıladıqlarını və 17%-i isə bu cür insanların mövcudluğunu qəbul etməyin on il əvvələ nisbətən indi daha asan olduğunu söyləyir.

Hər iki nəfərdən biri (51%) bədəninə implant cihazlar yerləşdirilmiş insanlarla şəxsən qarşılaşıb. Ümumiyyətlə, respondentlərin 24%-i orqanizmə texnoloji müdaxilə fikrini cəsarətli hesab edir. Sorğuda iştirak edənlərin demək olar ki yarısı (45%) belə bir şəxslə görüşə getməyə razı ola biləcəyini, 5,5%-i isə artıq belə bir görüşdə olduğunu söyləyib. 

“Öz bədənimizin məhdudiyyətlərini aşmağa və qabiliyyətlərini təkmilləşdirməyə imkan verən texnologiyalara maraq artır. Əlbəttə ki, hər bir innovasiya  sahəsində olduğu kimi burada da risklər var. Araşdırmamız göstərir ki, bu cür cihazlar kiber təhdidlərə qarşı həssasdır. Gələcəkdə bu texnologiyaların bəşəriyyətin həyatını yaxşılaşdıracağına inanırıq, amma bunun üçün bu gün onların mümkün hücumlara qarşı davamlı olması üçün çalışmalıyıq. Hökumətlər, sənaye liderləri, kiber təhlükəsizlik mütəxəssisləri birlikdə etibarlı bir gələcək qurmaq üçün güclərini birləşdirməlidir,”- deyə Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin rəhbəri Maria Namestnikova bildirib.

Bir ailə üzvünə tibbi səbəblərdən belə bir müdaxilə tələb olunduğu təqdirdə, əgər söhbət bionik qoldan gedərsə, respondentlərin 38%-i bunu sakit qarşılayacağını, 37%-i isə eyni reaksiyanı mövzunun bionik bir ayaq olacağı təqdirə göstərəcəyini bildirib. Respondentlərin təxminən üçdə biri (29,5%) öz şəxsi fikrindən asılı olmayaraq, qohumunun texnologiyanı qeyri-tibbi səbəblərdən öz bədəninin imkanlarını təkmilləşdirmək üçün tətbiq etmə qərarını dəstəkləməyə hazırdır.

Loading...
close
close