Çin səfiri ABŞ-a XƏBƏRDARLIQ ETDİ: ABŞ-ın Soyuq müharibə yanaşması... - Artıq vaxtıdır!
Hər gün ictimaiyyət qarşısında çəkisini və etibarını daha çox itirən ABŞ-ın hegemonluğunu qorumaq üçün lazımsız cəhdlərini dayandırmağının artıq vaxtıdır.
Kanal.az xəbər verir ki, bu sözləri Çinin Rusiyadakı səfiri Çan Xanxuey deyib.
"Tayvan Çin-ABŞ münasibətlərində ən mühüm, əsas və həssas məsələdir. Pelosi ABŞ-ın üçüncü önəmli siyasətçisidir. Onun hökumət təyyarəsi ilə Tayvana uçması bunun rəsmi səfər olduğunu təsdiqləyir. Həmçinin, Tayvan Diplomatik Tərəqqi Partiyası da bu səfərin ikitərəfli münasibətlərdə böyük bir irəliləyişə səbəb olduğunu vurğulayıb”, - Xanxuey qeyd edib.
Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar qarşısına çıxan heç bir vasitədən yayınmır:
“Onlar Tayvan kartını oynayırlar ki, sonra Çini ələ keçirsinlər. ABŞ-ın Soyuq müharibə yanaşması xəstə təfəkkürdür". /axar.az
- Dünya
- 13 Avqust 2022