Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
Çinin elektrik avtomobil istehsalçısı “XPeng” ilin sonuna qədər uçan “XPeng Aeroht”un ilkin satışına hazırlaşır.
Bu barədə şirkətin vitse-prezidenti Vanq Tan elan edib.
O, iki nəfəri havaya qaldıra biləcək modul avtomobilin satışına 2025-ci ilin əvvəlinə qədər başlamağı planlaşdırdığını açıqlayıb.
Belə bir avtomobilin ilkin dəyəri təxminən 250 min dollar olacağı güman edilir.
Mənbə: RİA Novosti
- Texnologiya
- 03 May 2024