Çin hərbi təyyarələri Tayvanın hava məkanına daxil oldu

  • Dünya
  • 30 May 2022 23:53
  • Oxunub: 123

Çin Hərbi Hava Qüvvələrinə məxsus 30 döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

Kanal.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, təyyarələr arasında iki - uzaqmənzilli radar aşkarlama və idarəetmə KJ-500, səkkiz J-11 qırıcı, altı J-16, dörd J-10, iki Su-35 qırıcı və iki Su-30, həmçinin altı Y-8 yer alıb.

Tayvan tərəfi yanvar ayından bəri Çin qüvvələrinin hava hücumundan müdafiə zonasına ən böyük hücumu olduğunu bildirib.

Adanın müdafiə nazirliyi cavab olaraq Tayvan qırıcılarının havaya qalxdığını bildirib.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...