6417297807e2d202303232544

Çimnaz Sultanovanın görüntüləri gündəm oldu - Ayağını aralayıb... / VİDEO

"Vicdan Haqqı" serialında yaratdığı "Larisa" obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova yeni videosu ilə gündəm olub.
Bizim.Media xəbər verir ki, sənətçi evində olan güzgülü dolabın üzərinə çıxaraq, akrobatik hərəkətlər edib.
Sosial şəbəkə hesabında paylaşdığı videoda Çimnaz dolabın üzərində şpaqat açıb və bu hərəkəti müxtəlif formalarda təkrar edib.
Sultanova yayımladığı görüntülərə "5 yaşmdan bu günə kimi Bədii Gimnastika mənim həyat tərzimdir" şərhini yazıb.
Sosial şəbəkə izləyiciləri aktrisanın bu videosunu tənqid atəşinə tutublar. Onlar Çimnazın gimnastika hərəkətlərini yerdə deyil, güzgülü dolabın üzərində etməsini başına qaxınc ediblər.