Çempionlar liqası

Çempionlar Liqası: "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Kanal.Az xəbər verir ki, səpələnmişlər sırasında yer alacaq Ağdam təmsilçisinin mümkün rəqibləri  səpələnməmiş komandalardan biri olacaq. Ölkə çempionu Ermənistan təmsilçisi ilə görüşə bilməz. 

Çempionlar LiqasıI təsnifat mərhələsiSəpələnmişlər

"Qarabağ" (Azərbaycan)“Malmö” (İsveç)"Lüdoqorets" (Bolqarıstan)"Şerif" (Moldova)ÇFR (Rumıniya)"Budye Qlimt" (Norveç)"Ferentsvaroş" (Macarıstan)“Slovan" (Bratislava, Slovakiya)HIK (Finlandiya)TNS (Uels)"Jalgiris" (Litva)“Linkoln” (Cəbəllütariq)"Şemrok Rovers" (İrlandiya)"Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər

"Zrinski" (Bosniya və Herseqovina)"Lex" (Poznan, Polşa)"Şaxtyor" (Soliqorsk, Belarus)"Sutyeska" (Monteneqro)"Klasksvik" (Farer adaları)"Hibernians" (Malta)"Tobol" (Qazaxıstan)"Şkupi" (Şimali Makedoniya)RFŞ (Latviya)"Dinamo" (Batumi, Gürcüstan)"Tirana" (Albaniya)"Balikani" (Kosovo)“Linfild” (Şimali İrlandiya)İlkin mərhələnin qalibiErmənistan çempionu

Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda tarixində keçiriləcək. /fanat.az